"Twitter"də - YENİLİK
Texnologiya | 30.12.2016 15:15
60

"Twitter"də - YENİLİK

"Twitter" sistemində postlarla bağlı mənfi bir hal mövcuddur. Belə ki, əgər atılan postlar xətalı yazılıbsa düzəltmək olmur. Buna görə də istifadəçi səhvə yol veribsə onu silib yenidən yazmalıdır.

"Twitter" bir çox sosial media vasitələri ilə müqayisədə bu baxımdan geridə qalıb. Məsələn, "Facebook" və "Instagram" kimi sosial media vasitələri bu mövzuda daha sərfəli hesab olunur.

Bu problem istifadəçiləri artıq uzun müddətdir narahat etməkdədir.

Bu problem barədə açıqlama verən "Twitter" CEO-su Jack Dorsey bu mövzunun o qədər də asan həll olmadığını bildirib. Jack bu problemin zamanla həll olunacağını bildirib. Həmçinin "Twitter" CEO-su bu yeniliyin ilk əvvəl müəyyən istifadəçilər arasında sınaqdan keçiriləcəyini bildirib. Yenilik sınaqdan keçdikdən sonra ümumi istifadəyə veriləcək.

"Twitter"-də digər bir problemli tərəf isə onun digər sosial media vasitələri ilə inteqrasiya oluna bilməməsidir. Bu problemin də həll olunması sosial media şəbəkəsinin inkişafına stimul verə bilər.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?