İl sonu statistikalarına görə dünyanın ən varlı - 10 şəxsi!
Texnologiya | 29.12.2016 21:12
187

İl sonu statistikalarına görə dünyanın ən varlı - 10 şəxsi!

Daimi olaraq yenilənən və güclü rəqabətin mövcud olduğunu deyə biləcəyimiz "Dünyanın ən varlıları" siyahısı, 27 Dekabrda Bloomberg Milyarderlər İndeksi çərçivəsində bir dəfə daha yenilənib.

Keçdiyimiz ilə görə ümumi sərvətləri 5,7 % nisbətində artım ilə 4,4 trilyon dolları keçən "ən varlıların siyahısı"nda, texnologiya sektorunun içində olan adlar tam mənası ilə damğalarını vurublar deyə bilərik.

10- Larry Page

"Google"-un ümumi alqoritmalarını hazırlamış olan Page əlavə olaraq şirkətin də iki qurucusundan biridir. Sərvəti 40,7 milyard dollardır.

9- Larry Ellison

Məlumat bazası firması "Oracle"-ın qurucusu və CEO-su. Sərvəti 41.9 milyard dollardır.

8-David Koch

"Koch Industries"-in rəhbər köməkçisi. Sərvəti 45 milyard dollardır.

7- Charles Koch

"Koch Industries"-in ortaq sahibi, idarə heyəti rəhbəti və CEO-su. Sərvəti 46 milyard dollardır.

6- Carlos Slim

Telekommunikasiya sektorunda "Telmex" və "Amerika Movil" firmaları ilə fəaliyyət göstərəm Meksikalı biznesmen. Sərvəti 49.2 milyard dollardır.

5- Mark Zuckerberg

Kompüter mühəndisi, startupçı və sosial media platforması "Facebook"-un qurucusu olan Zuckerbergin sərvəti 51.2 milyard dollardır.

4- Jeff Bezos

"Amazon.com"-un qurucusu olan Bezosun sərvəti 67.2 milyard dollardır.

3- Amancio Ortega

İspan moda və tekstil idarəçisi və İspan geyim holding "İnditex"-in qurucu rəhbəti olan Ortega eyni zamanda İspaniyanın da ən varlı şəxsidir. Sərvəti 71.2 milyard dollardır.

2- Warren Buffett

"Berkshire Hathaway" investisiya şirkətinin CEO-su və ən böyük hissədarıdır. Sərvəti 74.1 milyard dolardır.

1- Bill Gates

"Microsoft"-un qurucularından olan "Gates" şirkətin rəhbərliyini və baş proqram memarlığını da üstlənməkdədir. Sərvəti 91.5 milyard dollardır.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?