ABŞ-a daxil olmaq istəyən xarici vətəndaşlar üçün ilk sərt qanun - qüvvəyə mindi
Texnologiya | 26.12.2016 23:15
65

ABŞ-a daxil olmaq istəyən xarici vətəndaşlar üçün ilk sərt qanun - qüvvəyə mindi

ABŞ-ın gömrük və sərhəd nəzarəti xidməti ölkəyə daxil olan xarici vətəndaşlara,"Facebook" və "Twitter" kimi sosial şəbəkələrdə olan hesabları haqqında məlumatların təqdim edilməsini təklif edir. Brifinq.az Technote.az-a istinadən xəbər verir ki,  əsasən yeni qaydanın təklifi bu ilin İyun ayında təqdim olunmuşdur. Bu qanun yalnız ABŞ ərazisinə müəyyən müddətə, səyahətin elektron avtorizasiyası sistemi (ESTA) vasitəsilə vizasız, daxil olan şəxslər üçün keçərlidir. Hökümətin sözlərinə görə bu tədbir, potensial təhlükənin aşkar edilməsi səbəbilə görülür. Yeni qanun artıq qüvvəyə minib. Lakin hələki sosial şəbəkə məlumatlarının təqdim olunması məcburi deyil. Gömrük və sərhəd nəzarət xidməti, ABŞ ərazisinə daxil olmaq istəyən şəxsdən, onun online iştirakını əks etdirən məlumatların təqdim olunmasını istəyir.

Söhbət, "Google+" və "LinkedIn" kimi böyük sosial şəbəkələrdə olan hesabların adlarından gedir. Hələ məlum deyil ki, əldə olunmuş məlumatlar ABŞ ərazisinə daxil olmağa əngəl yaradacaq ya yox. Lakin bunun olacağı da istisna olunmur. Belə ki, yığılan məlumatların əsas səbəbi hər-hansı birinin terror təşkilatları ilə əlaqəsinin olub-olmadığını yoxlamaqdır. Bununla yanaşı xarici vətəndaşlara, sosial şəbəkə məlumatlarının təqdim olunmaması halında belə ölkəyə daxil olmağa icazə verilir. Buna baxmayaraq sözügedən yeni qanun, insan hüquqlarını müdafiə edənlərin və bir çox texnoloji şirkətlərin etirazlarına səbəb olub. Hər iki cəmiyyətin nümayəndələri öz etirazlarını hələ qanun, İyun ayında təqim olunanda 

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?