Yaponlardan daha bir inanılmaz yenilik
Texnologiya | 25.12.2016 15:18
43

Yaponlardan daha bir inanılmaz yenilik

Yaponiyanın elektronika sahəsində tanınmış şirkətləri 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı süni intellektin istifadə olunduğu yeni texnologiyaların tətbiqini planlaşdırırlar.

Brifinq.az Axar.az-a istinadən xəbər verir ki, “Fujitsu” şirkəti gimnastların yerinə yetirdiyi hərəkətlər zamanı hakimlərin çətinlik çəkdiyi məqamları yüngülləşdirmək və hər bir hərəkəti dəqiq qiymətləndirmək üçün yeni süni intellekt texnologiyası hazırlayır.

Şirkətdən bildirildiyinə görə, yeni üçüölçülü sensorlar saniyədə 2 milyon 300 min lazer şüası buraxmağa imkan verir. Bu, gimnastın skeletinin bütün hərəkətlərini göstərməklə, onun bədəninin aldığı vəziyyətləri tam təhlil etməyə şərait yaradır.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?