Milyonları xilas edəcək bu kəşflər niyə gizlədilib? - Səbəbi İNANILMAZDI - FOTOLAR
Texnologiya | 22.12.2016 16:39
7769

Milyonları xilas edəcək bu kəşflər niyə gizlədilib? - Səbəbi İNANILMAZDI - FOTOLAR

Çarəsini hələ də tapa bilmədiyimizi düşündüyümüz xəstəliklər, hamımıza əlçatmaz görünən texnologiyalar və elm sahəsində qazanılmış uğurların bir-bir yox olması əslində hər şeyin çox fərqli olduğunu göstərir.

Bu gün qarşısında aciz qaldığımız bir çox xəstəliyin müalicəsi dərman firmaları tərəfindən əngəllənir. Bəs buna səbəb nədir? Təbii ki, daha çox pul, qazanmaq hirsi və iqtisadi maraqlar...

Brifinq.az bu yazıda bəlkə də dünyanın bütün taleyini dəyişə biləcək gücdə olan ixtiralardan bəhs edəcək. Lakin bu kəşflər qeyd etdiyim səbəblərə görə, inkişaf etdirilməyib. Və hansısa formada yox edilib və ya gizlədilib.

Yerin cazibə qüvvəsini əngəlləyən kəşf

Yerin cazibə qüvvəsinə qarşı hərəkətverici gücü olan uçan boşqablar istehsal edən amerikalı fizik Tomas Taunsend Braun (Thomas Townsend Brown) çox güclü nəticələr əldə etmişdi. Bu kəşf qısa müddət ərzində yox edilib və cəmiyyətdən gizlədilib. Braun 1929-cu ildə “Yerin cazibə qüvvəsinə necə hökm edirəm?” adlı yazısını “Elm və ixtira” adlı kitabında yayımlayıb. Fizik bu ixtiranın inkişaf etdirilməsi ilə gələcəkdə çoxlu hərəkətvericilərlə 100 000 tonluq gəmilərin okeanlar üzərində hərəkət edə biləcəyini, həmçinin kosmik gəmilərlə Marsa uça biləcəklərini deyirdi. Lakin sözügedən kəşf hansısa yollarla aradan qaldırıldı və insanlıqdan gizlədildi.

Wardenclyffe qalası

Kabelsiz elektriklə bağlı təcrübə aparan Nikola Tesla pulsuz elektrik əldə etmək üçün çalışırdı və çox müvəffəqiyyətli idi. Amma təəssüflər olsun ki, bütün işləri dayandırılıb və ona ayrılan büdcə kəsilib. Kəşfləri ilə bütün dünyada məşhurlaşan Tesla dövründən daha çox bilən elm adamı idi. Alternativ axımın banisi olan Teslanın bütün kəşfləri ölümündən sonra ABŞ tərəfindən qorunub və heç kimə bu barədə məlumat verilməyib. 700-dən çox patenti olan alimi bu gün belə sadəcə, filmlərdə görə biləcəyimiz şüa qılıncları adını verdiyi silahlar da istehsal edib. Bunlardan başqa o, çox güclü təsiri olan müxtəlif cihazlar da kəşf edib. Buna görə də onun bütün qeyd və kəçfləri Amerika hökuməti tərəfindən sirr kimi gizlədilib.

EV1 layihəsi

“General Motors” tərəfindən ilk seriyada 800 ədəd buraxılan elektrikli avtomobillər xüsusilə ABŞ-da dayanmadan satılırdı. Lakin getdikcə benzinlə işləyən avtomobillərin yerini tutması təhlükəsi və benzin erasını bitirməsi kimi narahatlıqlara görə, “General Motors” tərəfindən bir yerə yığılan, əzilən və hissələrə ayırılan maşın kimi tarixə düşüb. Bu layihə də pul və güc hirsinə görə, bitirilib.

4 XA layihəsi

Bütün kanserogen maddələrdən təmizlənən bu siqaretlər digər tütün fabriklərinə zərər verdiyi adı ilə bazardan çıxarılıb. Guya həmin siqaretlər digərləri haqqında zərərli imici yaradırdı. 20 il aparılan təcrübələrdən sonra günümüzdə istifadə olunan siqaretlərdən daha az ziyanlı olduğu məlum olub. Lakin digər tütün şirkətləri bu siqaretlərin onların satış bazarına zərər vuracağını düşündüyü üçün müxtəlif yollarla o siqaretləri yox edib.

Kronovizor

Keçmişə gedə bilən və o dövrləri göstərə bilən cihaz olduğu deyilir. 1950-ci ildə Venedik keşişi Pellegrino Ernetti tərəfində icad edilib. Özü maşını çarmıxa çəkmək prosesini çəkə bilmək üçün cihazdan istifdə edib. O film və sözügedən maşın isə Vatikanda saxlanılırmış. Digər tərəfdən isə cihazın uydurma olduğu iddiaları onun yox olmasına gətirib çıxarıb.

Xərçəngin çarəsi

Royal Raymond Rayf (Royal Raymond Rife) tərəfindən kəşf edilən bu şüa xərçəng hüceyrələrini öldürə bilirdi. Əvvəllər ABŞ tibbi tərəfindən bilərək görməzlikdən gəlinən kəşf, sonralar tamamilə yoxa çıxıb. O, hazırladığı möhtəşəm mikroskopu sayəsində xərçəng viruslarını görə bilən ilk insan olub. Təxminən 20 000 uğursuz cəhdindən sonra “İnsan xərçəng virusunu izolyasiya etdi” adı ilə öz kəşfini xarakterizə edib. 400 laboratoriya siçanına xərçəng virusu yeridilərək onlarda şiş yaradılıb. Sonra isə elektrikli üsullarla 400 siçanın hamısında virusu yox etməyi və onları sağaltmağı bacarıb.

Nərgiz Nənə

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?