"Qəbələ"nin idmançısı Rusiyada qələbə qazandı
İdman | 10.01.2017 10:01
30

"Qəbələ"nin idmançısı Rusiyada qələbə qazandı

Rusiyanın Volqoqrad şəhərində SSRİ-nin idman ustası Roman Subbotinin xatirəsinə həsr olunan ənənəvi boks turniri keçirilib.

Brifinq.az apasport.az-a istinadən xəbər verir ki, 2003-2004-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində "Qəbələ" İdman Klubu da təmsil olunub.

Qəbələ rayon bölməsinin təmsilçisi Nurlan Qasımov turnirdə uğurla çıxış edib.
 
Dzaxlı kəndinin məktəblisi Volqoqradda keçirdiyi hər üç döyüşdə qalib gəlib.
 
59 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz turnirin qalibi adına layiq görülüb.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?