Mourinyo - "Təəssüf ki, ona oynamaq imkanı vermirəm"
İdman | 08.01.2017 14:54
37

Mourinyo - "Təəssüf ki, ona oynamaq imkanı vermirəm"

"Manchester United"in baş məşqçisi Joze Mourinyo Memfis Depayın klubdakı gələcəyi barədə fikirlərini bölüşüb. Brifinq.az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis hollandiyalı yarımmüdafiəçinin mövqeyində ciddi rəqabətin olduğunu diqqətə çatdırıb.

"Memfisin mövqeyində çox futbolçumuz var. Yeganə mövqedir ki, seçim üçün geniş imkanım var. Linqard, Mata,  Reşford, bəzən Runi və Memfis. Onların heyətə düşməsi asan məsələ deyil. Klub rəhbərliyi Depayın getmək imkanı olduğu barədə məni məlumatlandırıb.  Onu zorla saxlaya  bilmərəm. Memfis qalsa, məmnun olaram. O, yaxşı futbolçu və gözəl insandır. Depaya oynamaq şansı vermədiyim üçün üzgünəm. Onun yaşında olan futbolçu müntəzəm meydana çıxmalıdır. Memfis qalsa, bir neçə oyunda onun köməyindən istifadə edəcəm. Sıx qrafikimiz var. Getsə, ona uğurlar arzu edirəm".

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?