Tanınmış futbolçu karyerasını bitirdi
İdman | 28.12.2016 13:50
43

Tanınmış futbolçu karyerasını bitirdi

"River Pleyt"in hücumçusu Fernando Kavenagi karyerasını bitirmək qərarına gəlib.

Brifinq.az apasport.az-a istinadən xəbər verir ki, argentinalı 33 yaşında bu fikrə gəlib.

Karyerasının böyük hissəsini Avropada keçirən, "Bordo", "Vilyarreal", "Malyorka" kimi klubların formasını geyinən tanınmış futbolçu dördqat Argentina çempionu olub, həmçinin Libertadores Kubokunu, Fransa və Kipr çempionluqlarını qazanıb.
 
Qeyd edək ki, Fernando Kavenagi karyerası ərzində Argentina millisinin heyətində 4 oyun keçirib.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?