Türkmənistan millisindən Bakıda ilk qələbə
İdman | 26.12.2016 11:27
39

Türkmənistan millisindən Bakıda ilk qələbə

Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Türkmənistan millisi 3-cü yoxlama oyununu keçirib.

Brifinq.az apasport.az-a istinadən xəbər verir ki, Asiya Oyunlarına hazırlaşan türkmənistanlılar "Yasamal" klubu ilə görüşüb.

Qonaqlar bu qarşılaşmada 8:3 hesabı ilə qalib gəlib. Bu, asiyalıların Bakıda ilk qələbəsi olub.
 
Bunadək Türkmənistan yığması keçirdiyi iki matçda 1 heç-heçəyə sevinmişdi. "Araz"a 3:4 hesabı ilə uduzan qonaqlar "Neftçi" ilə "sülh" bağlamışdı - 5:5.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?