"Siz əsl qəhrəmanlarsınız!" - Ronaldodan suriyalı uşaqlara dəstək - VİDEO
İdman | 24.12.2016 13:39
321

"Siz əsl qəhrəmanlarsınız!" - Ronaldodan suriyalı uşaqlara dəstək - VİDEO

"Real"ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo suriyalı uşaqlara videomüraciət edib. 
 
Qol.az-ın xəbərinə görə, "Save the Children" (Uşaqları qoruyaq) adlı beynəlxalq təşkilatının təşəbbüsü ilə edilən bu müraciətdə müraciətdə deyilir: 
 
"Mən bu müraciəti Suriyadan olan uşaqlara ünvanlayıram. Bilirəm ki, siz indi çox əzab çəkirsiniz. Mən məşhur futbolçuyam, siz isə əsl qəhrəmanlarsınız. Ümidinizi itirməyin. Dünya sizinlədir. Biz siz düşünürük. Mən sizinləyəm". 
 
"Save the Children" təşkilatı bəyan edib ki, Ronaldo Aleppo və Suriyanın digər şəhərlərindən olan uşaqlar üçün yaxşı səviyyədə maddi yardım edib. Bu yardımla onlara geyim, ərzaq və tibbi ləvazimat alınacaq. 

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?