"Barselona"da Messi böhranı
İdman | 24.12.2016 11:32
51

"Barselona"da Messi böhranı

"Barselona" Lionel Messi ilə anlaşa bilmir.

Brifinq.az fanat.az-a istinadla xəbər verir ki, Kataloniya klubu argentinalı ulduzu ilə yeni müqavilə imzalamaq istəsə də, futbolçu istəkli görünmür.

Messinin mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq. "Barselona" yeni anlaşmanı marta qədər imzalamaq istəyir. Futbolçu isə yaya qədər gözləmək niyyətindədir.

"Barselona"nın yeni müqavilə təklifini rədd edən Messi "Mançester Siti"nin maraq dairəsindədir. Bu səbəbdən "Barselona"nın qarşıdakı günlərdə ona daha cəlbedici anlaşma təklif edəcəyi gözlənilir.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?