Metroda gedişhaqqı qalxmayacaq - Açıqlama
Cəmiyyət | 09.01.2017 12:02
50

Metroda gedişhaqqı qalxmayacaq - Açıqlama

Sosial şəbəkələrdə Bakı Metropolitenində yaxın günlərdə qiymət artımının ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Brifinq.az xəbər verir ki, məlumatlara görə, bu günlərdə Tarif Şurası gediş haqqının 35 qəpiyə qaldırılması ilə bağlı qərar verəcək. Bu da hardasa 70 faizə yaxın artım deməkdir.

Qafqazinfo bununla bağlı Tarif Şurasına müraciət edib. Şuradan bildirilib ki, metroda gediş haqqının qaldırılması ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. Ümumiyyətlə isə, hazırda qiymət artımı gündəmdə deyil”.

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

 

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?