Tibb elmində MÖCÜZƏ - 14 il əvvəl...
Elm | 17.12.2016 15:27
56

Tibb elmində MÖCÜZƏ - 14 il əvvəl...

9 yaşında xəstəliyi səbəbindən yumurtalıqlarından biri dondurulan 24 yaşlı qadın ana olub.

İngiltərədə baş verən bu hadisə tibb elmində bir ilk hesab edilir.

Belə ki, ilk dəfə yetkinlik yaşında yumurtalığı dondurulan bir qadın gənc yaşda ana ola bilir.

Moaza əl-Matroossi adlı qadının yumurtalığının dondurulma səbəbi isə talassemiya xəstəsi olmasıdır. Onun qəbul etdiyi kimyaterapiyanın sonsuzluq yaradacağını düşünən həkimlər bu üsulu seçib.14 il ərzində onun yumurtaları mənfi 196 dərəcədə qorunub.

Süni mayalanma ilə hamilə qalan qadın bu günlərdə ilk övladını dünyaya gətirib. Həkimlər qadının istədiyi vaxt yenidən ana ola biləcəyini açıqlayıb.

Moazanın müalicəsi yetkinlik yaşında kimyaterapiya qəbul edən sonsuz qalma təhlükəsi ilə qarşı-qarşıya olan xəstələr üçün də bir ümid olub. Onun dünyya gətirdiyi uşaq isə “möcüzə uşaq” adlandırılır.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?