Xəzər Universitetində Avrasiya Akademiyasının ikinci toplantısı keçirilib
Elm | 17.11.2016 18:33
243

Xəzər Universitetində Avrasiya Akademiyasının ikinci toplantısı keçirilib

Xəzər Universitetində Avrasiya Akademiyasının ikinci toplantısı keçirilib. Brifinq.az-ın  APA-ya istinadən məlumatına görə, tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, məşhur türkiyəli aktrisa Türkan Şoray, xalq artisti, bəstəkar Arif Məlikov, millət vəkilləri, mədəniyyət xadimləri iştirak edib.

 

 

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı bildirib ki, 2012-ci ildə bir qrup intellektuallar, elm və sənət adamları arasında həm beynəlxalq, həm də regional mahiyyət daşıyan bir Akademiyanın yaradılması barədə geniş məsləhətləşmələr aparılıb:  “Akademiyanın təsisçiləri, əsas prinsipləri, seçilmiş üzvlərə veriləcək mükafatın ideyası, elm, texnologiya və incəsənətin müxtəlif sahələrində fərqlənən şəxslərə veriləcək medallar, Akademiyanın adı və digər məsələlər haqqında ümumi fikrə gəlindi. 5 qurucu üzv Azərbaycan, Türkiyə və ABŞ vətəndaşıdır - professor Halil İnalcık, professor Lütfi Zadə, professor Mahmut Gazi Yaşargil, bəstəkar Arif Məlikov və professor Hamlet İsaxanlı.

 

Avrasiya Akademiyasının baş idarəsinin Azərbaycanda olması qərara alınıb. Avrasiya Akademiyası 28 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Üzvlərə veriləcək və adı “Avrasiya əfsanəsi” olacaq mükafat, həmçinin Avrasiya Akademiyasının 5 medalı (İbn Sina, Nəsirəddin Tusi, İbn Xəldun, Mirzə Fətəli Axundzadə və Üzeyir Hacıbəyli medalları) hazırlanıb.

 

Toplantıda Robert Hossein (Fransa) və Türkan Şoray (Türkiyə) Avrasiya Akademiyasına üzv seçilib, onlara “Avrasiya əfsanəsi” mükafatı təqdim olunub.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?