Demetin boşanma ilə bağlı məhkəməsinin vaxtı bilindi
Maqazin | 11.01.2017 19:10
38

Demetin boşanma ilə bağlı məhkəməsinin vaxtı bilindi

11 illik evliliklərini bitirməyə qərar verən keçmiş model Demet Şener və keçmiş basketbolçu İbrahim Kutluayın məhkəmə tarixi bəlli olub.

Brifinq.az-ın Axşam.az-a istinadən məlumatına görə, tərəflər yanvarın 27-də üz-üzə gələcəklər.

Qeyd edək ki, Demet ona xəyanət etdiyini öyrənən ərindən boşanmaq üçün məhkəməyə müraciət edərək 10 milyon lirə (təxminən 5 milyon manat) tələb etmişdi. Lakin boşanma prosesində Demet və İbrahim mülk və mal bölüşməsində razılığa gələ bilməyiblər.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?