Kıvanç Tatlıtuğun rədd etdiyi DÜNYA GÖZƏLİ özünə ər tapdı - FOTOLAR
Maqazin | 10.01.2017 12:04
478

Kıvanç Tatlıtuğun rədd etdiyi DÜNYA GÖZƏLİ özünə ər tapdı - FOTOLAR

2002-ci ildə “Dünya gözəli” tacına layiq görülən Azra Akın toya hazırlaşır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur modelin 3 ilə yaxındır görüşdüyü sevgilisi Atakan Koru ona evlilik təklifi edib.

Cütlük dünən qarda gəzərkən paparatsilərin kameralarına tuş gəlib. Azra jurnalistlərin “Evlilik təklifini qəbul etdiyiniz doğrudurmu?” sualına “2017-ci ildə ailə qurmağı düşünürük. Dəqiq tarix bəlli olanda bunu hər kəsə bildirəcəyik”, - deyə etiraf edib.

Xatırladaq ki, Azra Akın keçən il “İlin adamı” seçilən, o cümlədən Türkiyənin ən yaraşıqlı kişilərindən biri hesab olunan Kıvanç Tatlıtuğla uzun illər sevgili olub. Tez-tez küsüb barışması ilə gündəmə gələn keçmiş sevgililər sonda ayrılmağa qərar verib.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ ötən ilin fevral ayında ailə qurub.

1
1
1

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?