Tramp: - "Rusiya ilə heç bir əlaqəm yoxdur!"
Siyasət | 11.01.2017 19:22
40

Tramp: - "Rusiya ilə heç bir əlaqəm yoxdur!"

ABŞ-ın yeni  seçilmiş prezidenti Donald Tramp Rusiya kəşfiyyatının əlində onun barəsində kompromatlar olduğu barədə yayılan xəbərlərə münasibət bildirib

Brifinq.az-ın Apa-ya istinadən xəbərinə görə, D.Tramp bəyan edib ki, Rusiya heç vaxt ona təzyiq göstərməyə çalışmayıb. O, özünün Tvitter səhifəsində iri hərflərlə bunları yazıb: "Mənim Rusiya ilə ən kiçik münasibətim belə yoxdur - heç bir sövdələşmə, heç bir kredit, heç nə!"    

D.Tramp bundan əvvəlki "tvit"ində isə seçkidə təmiz qələbə qazandığını və opponentlərin yalan xəbərlərlə onun qələbəsinə kölgə salmağa çalışdıqlarını deyib.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?