ŞOK İDDİA - Rusiya Trumpı seks videoları ilə təhdid edir
Siyasət | 11.01.2017 14:58
469

ŞOK İDDİA - Rusiya Trumpı seks videoları ilə təhdid edir

CIA və FBI  Barak Obama və yeni seçilən prezident Donald Trampa Rusiyanın ölkənin seçki sisteminə müdaxilə etdiyini təsdiq edən hesabatı təqdim edib.

Brifinq.az xəbər verir ki, Rusiya kəşfiyyatı FSB Tramp haqqında şantaj məqsədilə şəxsi və maddi məlumatlar toplayıb. Məlumatların 35 səhifədə toplandığını bildirən CNN rəsmi Moskvanın həm Resbuplikaçılar, həm də Demokratlarla bağlı sənədlər tərtib etdiyini müəyyən edib.

Məlumatları yayımlayan "Buzzfeed"də isə sənədlərdə Trampın seks videolarının da yer aldığı qeyd edilib. Bir neçə belə videoyazıların olduğu və bunlardan birinin Trampın Moskva səyahəti zamanı qeydə alındığı bildirilib.

Rusiyadan açıqlama 

Yayılan iddialara tez bir zamanda cavab verən Dmitri Peskov Trump və ya Klintonla bağlı heç bir gizli sənədin mövcud olmadığını bildirib. Peskov mətbuat konfransında bu iddianı “saxta və qurğu” adlandırıb.

Donald Tramp “Miss Universe” gözəllik müsabiqəsində iştirak etmək üçün 3il əvvəl  Moskvaya səyahət edib.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?