Sərhəd bölgüsü - "Azərbaycan tərəfinin maraqlarına hörmət edirik"
Siyasət | 10.01.2017 13:37
33

Sərhəd bölgüsü - "Azərbaycan tərəfinin maraqlarına hörmət edirik"

"Biz 2017-ci ildə Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasını davam etdirəcəyik və ümid edirəm ki, yekunlaşdıracağıq".

Bu sözləri APA-ya açıqlamasında Gürcüstan xarici işlər nazirinin müavini, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyasına dair hökumətlərarası komissiyanın həmsədri David Calaqaniya deyib. "Bizim məqsədimiz odur ki, sərhədlərimizin qalan hissəsini uğurla delimitasiya edərək, yekunlaşdıraq. Mən buna çox ümid edirəm", - deyə o, söyləyib.

D. Calaqaniya bu məsələdə ciddi problemlərin olmadığını bildirib: "Mən buna problem deməzdim. Bu, bir prosesdir. Tərəflərin maraqları var. Biz Azərbaycan tərəfinin maraqlarına hörmət edirik. Onlar da bizim maraqlarımızı bilirlər. Sadəcə olaraq, ümid edirik ki, maraqlarımız üst-üstə düşəcək və qarşılıqlı anlaşma və prioritetlər əsasında hər şey həll olunacaq".

Gürcüstan xarici işlər nazirinin müavini 2017-ci ildə ikitərəfli görüşlərin davam etdiriləcəyini deyib.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?