Putin Amerikanın məhvini təxirə saldı - Ən öldürücü silah idi
Siyasət | 10.01.2017 13:11
35

Putin Amerikanın məhvini təxirə saldı - Ən öldürücü silah idi

Ağır iqtisadi situasiyaya görə, Podolsk elektromexanika zavodu “Yars” raket kompleksləri üçün avadanlıqları istehsal edə bilmir.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın “Kommersant” nəşri yazıb.

Nəşrin yazdığına görə, bununla da dövlət sifarişlərinin icrası təhdid altına düşüb. Söhbət raket komplekslərin işəsalma qurğularının hidravlik sistemlərinin elementlərindən gedir.

Qitələrarası RS-24 “Yars” ballistik strateji raket kompleksi 2000-ci illərdə RT-2PM2 “Topol-M” komplekslərinin inkişafı çərçivəsində hazırlanan raket 2009-cu ildə Rusiyanın strateji təyinatlı raket qoşunlarının arsenalına daxil edilib.

2016-cı ilin əvvəlinə olan məlumata görə, strateji təyinatlı raket qoşunları bu tipli 73 raketə malikdir. Rusiya ordusu 2014-cü ildə 16, 2015-ci ildə 24 RS-24 “Yars” raketi alıb. 2016-cı ildə isə strateji təyinatlı raket qoşunlarının müxtəlif diviziyalarının beş raket alayına 19 “Yars” raketi verilməli idi.

Son illər Rusiya geniş əraziləri üzrə yerini dəyişdirən mobil komplekslərini özünün qitələrarası ballistik raketləri ilə əvəz edir. RS-24 “Yars” raketləri bu sinfin ən yeni nümayəndəsidir. Raket müstəqil manevr etmək qabiliyyətinə malik olan dörd hissədən ibarətdir və onların hər biri 150-dən 250 kilotona qədər nüvə yükü catdıra bilir. Müqayisə üçün deyək ki, Xirosimaya atılmış bombanın gücü 15-dən 18 kilotona qədər təşkil edirdi.

“Yars” raketinin uçuş məsafəsi 11 min kilometr təşkil edir. Buna görə də raket Birləşmiş Ştatların əsas hissəsi, Alyaska və Havay adalarının istənilən nöqtəsini vurmağa qadirdir. Raketin hədəfə çatdırılması üçün QLONASS sistemindən istifadə olunur (GPS peyk naviqasiya sisteminin Rusiya versiyası). Raketin radial səhvi 250 metr təşkil edir. Belə dəqiqlik “Yars” raketini ən təhlükəli zərbə silahı edir.

ABŞ mediası “Yars” raketini 2030-cu ildə Rusiya silahının 5 ən öldürücü nümunəsi arasına daxil edib. Hərbi ekspertlər hesab edir ki, Rusiya və ABŞ arasında mümkün qarşıdurmada sözügedən raketlər ABŞ ərazisinə öldürücü zərbə vurmaq üçün Moskvanın əlindəki əsas silah olacaq.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?