Azərbaycan kamikadze tipli PUA-ların istehsalına başlayır
Hərbi | 17.12.2016 13:44
53

Azərbaycan kamikadze tipli PUA-ların istehsalına başlayır

"Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırığına əsasən, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) sınaqları uğurla başa çatdırılıb və sentyabrın 21-də Ali Baş Komandanın iştirakı ilə təqdimatı keçirilib".

Brifinq.az-ın Apa-ya məlumatına görə, bunu Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavar Camalov deyib.

Y.Camalov bildirib ki, bu məmulat “ADEX-2016” sərgisində də nümayiş etdirilib və böyük maraqla qarşılanıb: "Azərbaycan Silahlı Qüvvələrini yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazitliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu da imzalanıb".

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?