80 yaşında orta məktəbi bitirdi
Maraqlı | 11.01.2017 02:30
66

80 yaşında orta məktəbi bitirdi

Argentinanın Las-Palmas şəhərinin sakini Uqo Auqusto Pinto 80 yaşında məktəbi bitirərək attestat alıb.

Brifinq.az Report-a istinadən bildirir ki, o, ən yaxşı şagird kimi Argentina bayrağı ilə təltif olunub.
U.A.Pinto deyib ki, yeniyetmə çağlarında orta məktəbi oxumaq imkanı olmayıb. O, aldığı bilikləri yaşlılar üçün nəzərdə tutulan mərkəzdə tətbiq edəcək.

Ümumiyyətlə, Argentinada ən yaxşı şagird dövlət bayrağı ilə təltif edilir. Səksən yaşlı orta məktəb məzunu 52 il xanımı ilə birlikdə rəsmi nikahda olub. Uzun illər şəkər zavodunda maşın sexində işləyib. Onun 7 övladı var. Onlar Pintonun təshil almasını dəstəkləyiblər.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?