Ətdən imtina etmisiniz? - Tez ət yeyin, yoxsa...!
Sağlamlıq | 07.01.2017 05:30
599

Ətdən imtina etmisiniz? - Tez ət yeyin, yoxsa...!

Ətdən imtina insanların sağlamlığı üçün təhlükəli ola bilər. Belə ki, ət beynin fəallığını artırır və ömrü uzadır.

Bunu Oksford Universitetinin tədqiqatçıları bildiriblər. Onların sözlərinə görə, ət çatışmazlığı insan beyninin fəaliyyətinin pozulmasına gətirib çıxarır.

Alimlər sübut ediblər ki, yalnız bitki mənşəli qidaların istifadəsi beyin çəkisinin azalmasına gətirib çıxara bilər ki, bu da insan üçün təhlükəlidir. Məsələ ondadır ki, bitki mənşəli məhsulların qəbulundan bir müddət sonra orqanizmdə zülal defisiti başlayır. Beləliklə, bədəndə bütün qida balansı pozulur.

Alimlər bildirirlər ki, bədənə mütləq ət, balıq və süd lazımdır. Bu qida məhsullarından imtina insanlarda В12 vitamininin çatışmazlığına səbəb olur.

(AzərTac)

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?