Yüksək hərarət, boğaz ağrısı, öskürək - AMMA QRİP DEYİL
Sağlamlıq | 05.01.2017 17:14
283

Yüksək hərarət, boğaz ağrısı, öskürək - AMMA QRİP DEYİL

Son 3 ayda nisbətən ağır gedişli respirator xəstəliyi olan 258 xəstədən material götürülərək Respublika Taun Əleyhinə Stansiyasında (RTƏS) müayinə olunub.

RTƏS-ın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya bildirib ki, ötən ilin oktyabrından aparılan müayinələr nəticəsində onlardan 5-də paraqrip, 6-da isə adena virus aşkarlanıb.

R.İsmayılova qeyd edib ki, bunlar qrip deyil, qripə bənzər xəstəliklərdir: “Simptomatikası oxşayır, yüksək hərarət, boğaz ağrısı, öskürək olur. Ümumilikdə isə patogen qrip aşkarlanmayıb. Müraciətlər əsasən, kəskin respirator viruslarla bağlı olub. 17 yaşına qədər uşaqlar isə ümumi müraciətlərin 20%-ni təşkil edib”.

Şöbə müdiri qeyd edib ki, insanlar xəstələndikdə, hansısa narahatlıqları olduqda müvafiq tibb müəssisələrinə müraciət etməlidirlər. Onun sözlərinə görə, RTƏS-ın laboratoriyasına müayinə materialları yalnız tibb müəssisələrindən daxil olur. Hazırda vəziyyət stabildir və artım yoxdur.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?