Arıqlamaq istəyirsiniz? - Ondan bu yazı sizin üçündür - FOTOLAR
Sağlamlıq | 30.12.2016 02:57
28

Arıqlamaq istəyirsiniz? - Ondan bu yazı sizin üçündür - FOTOLAR

Bəzən pəhriz saxlamağımıza baxmayaraq, çəki itirmək o qədər də asan olmur.

Maddələr mübadiləsi sürətli olan insanlar olmayanlara nisbətən daha tez çəki itirə bilirlər. Bəzi qidalar daha çox yemək istəyi yaratdığı halda bəzilərində əksinə, gündə bir dəfə istifadəsi yetərli olur.

Brifinq.az sürətli və sağlam şəkildə çəki itirmənizə yardımçı olacaq 8 qidayla sizi tanış edir:

1. Yulaf

Həzm sistemini asanlaşdırır, uzun müddət tox tutur, qana çox yavaş qarışır. Səhər yeməyi zamanı istifadə etmək olar.

2. Yoqurt

Tərkibi aminoasit, protein, vitamin və minerallardan ibarətdir. Proteinlə zəngin olması səbəbi ilə tez zamanda yağın parçalanmasına köməklik edir. Araşdırmalara əsasən, hər gün yoqurt yeməklə bel nahiyəsindəki yağlardan daha tez qurtulmaq mümkündür.

3. Acı bibər

Acı bibərin tərkibindəki kapsaisin maddəsi yağların sürətli parçalanmasını təmin edir. Toxluq hissini artırır, maddələr mübadiləsini sürətləndirir.

4. Brokoli

Pəhriz siyahısının əvəzedilməzi olan brokoli az kalorili qida hesab olunur. Tərkibi a, c vitaminləri, folik asit, kalsiumdan ibarət olan brokolini həftədə iki və ya üç dəfə yemək məsləhət görülür.

5. Ananas

Az kalorili bu tropik meyvə sadəcə, ləzzətli olmasıyla deyil, həmçinin, çəki itirməyə yardımçı olmağı ilə də məhşurdur. Tərkibində bromelain maddəsinin olması həzmi asanlaşdırır. Ananas suyu yağların parçalanmasına səbəb olur. Uzun müddət aclıq hissini yox edir.

6. Yumurta

Yüksək protein tərkibi yağların parçalanmasına və toxluq hissinə səbəb olur. Tərkibi a, b, d, e vitaminlərindən ibarətdir. Gündə bir dəfə yemək kifayət edir ki, gün boyu aclıq hissi azalsın. Bu səbəblə pəhriz saxlayanların əvəzolunmaz qidalarından hesab olunur.

7. Qoz

Gündə bir ovuc qoz yemək çəki itirmənizə yardımçı olacaq.

8. Zəncəfil

Saysız faydası olan zəncəfil həzm sistemini asanlaşdıraraq çəki itkisə səbəb olur, maddələr mübdiləsini sürətləndirərək yağları əridir və şişkinliyi azaldır. Zəncəfili yeməklərinizdə və çayınızda istifadə etmək mümkündür.

Rasimə Quliyeva

1
1
1
1
1
1

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?