Rusiyada dəhşətli partlayış - çoxsaylı yaralı var
Hadisə | 11.01.2017 15:57
50

Rusiyada dəhşətli partlayış - çoxsaylı yaralı var

Rusiyanın Saratov şəhərində yaşayış binasında güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Yaralılar arasında azyaşlı uşaqlar da var. Ölən yoxdur.

Hazırda binada güclü yanğın var. Xilasedicilər insanları təxliyə edib. Hadisə yerinə 250 yanğınsöndürən maşın və 70-ə yaxın texnika cəlb olunub.

İlkin məlumata görə, partlayışa binanın üçüncü mərtəbəsindəki mənzildə məişət qazının sızması səbəb olub.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?