Maqnitlə yanacağa qənaət etmək olarmı?
İqtisadiyyat | 08.01.2017 11:36
46

Maqnitlə yanacağa qənaət etmək olarmı?

Avtomobil istehsalçıları daha nələr, hansı yeniliklər yaratmayıblar ki? Düşündükcə adam doğrudan da heyrətini gizlədə bilmir. İndi ilk avtomobillərlə, müasir maşınları müqayisə etməyin özü belə gülməli görünür. Əlbəttə, söhbət yalnız görünüşdən, texniki imkanlardan, sürətdən, qəzalara dayanıqlıqdan... yox, həm də ötən illər ərzində maşınların daha sərfəli şərtlər altında istifadəsindən gedir.
 
Əlbəttə, bu mövzu gündəmə gələn kimi ilk olaraq elektromobillər, yaxud dizel yanacağı ilə işləmə yada düşür. Əslində maşın istifadəçilərinin elə maraqlandığı əsas  məsələlərdən biri   avtomobilin  nə qədər yanacaq sərfiyyatıdır. Bəli,  bu da çox təbiidir.   Hər bir sürücü istər ki,   gündəlik hərəkəti üçün cibindən daha az pul xərcləsin.
 
Əlbəttə, bu gizli deyil, çox açıq olduğu üçün zaman-zaman bu istiqamətdə addımlar atılır, müxtəlif qurğular istehsal edilir, cürbəcür icadlar belə gündəmə gəlir (özü də “zavodskoylarla” yanaşı orda-burda düzəldilənləri də). Və son dövrlər bir cihazdan – yanacağa qənaət edən qurğudan danışılır.
Hətta bu günlərdə mən özüm də bununla bağlı bir məktub almışam. Məktub sahibi iddia edir ki, onda  benzinə əməlli-başlı qənaət edən cihaz vardır: “Tural, mən sizə yeni bir cihaz verə bilərəm. Onu sınayın. Yanacağa qənaət edir”. Onun bildirdiyinə görə, 100 km-ə 12 litr işlədən avtomobil bu cihazdan istifadə etməklə  həmin sərfiyyatı 7-8 litrə endirə bilir. Həmin cihazı sınamağı söyləyən şəxs hətta mənə endirim də təklif edirdi.  
 
Ponoptikum – naməlum və yabanı olanın cəmini bildirir. Belə cihazlarla artıq tanışam və demək olar ki, hər ay mənə yenisini göstərirlər,təqdim və təklif edirlər.
 

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?