2017-ci ildə bizi nə gözləyir - Kimin cibi boşalacaq, kim varlanacaq? - PROQNOZ
İqtisadiyyat | 30.12.2016 17:54
592

2017-ci ildə bizi nə gözləyir - Kimin cibi boşalacaq, kim varlanacaq? - PROQNOZ

2016-ci ildə dünya iqtisadiyyatı “Brexit”, Avropa Birliyində iqtisadi artımın yavaşlaması, ABŞ iqtisadiyyatında isə əksinə böyümə nisbətinin yüksəlməsi, faizlərdəki artım ,“G20 ölkələri arasında valyuta müharibəsi, Çin iqtisadiyyatında artım problemi, yuanın devalvasiyası, qlobal əmtəə və neftin qiymətindəki proseslərin ölkələrə təsiri və sair proseslərlə yadda qaldı. 2017-ci ildə nələr gözlənilir, dəqiq bəlli deyil. Sadəcə, proqnozlar var…

2017-ci ilin iqtisadi gözləntiləri

Başlayaq Avropadan. İngiltərənin “Brexit” qərarı 2017-ci ildə Avropa Birliyinin mövcudluğunu sual altına qoydu. Gələn il Hollandiya, Fransa, Böyük Britaniya və Almaniyada planlaşdırılan seçkilər avro/dolar paritesinin səviyyəsini daim gündəmdə saxlayacaq. Çin iqtisadiyyatında artımın 6-7 faiz bəndində qalıb-qalmayacağı da qlobal iqtisadi proseslər baxımından önəmli olacaq. Çünki Çində 6 faizə düşən iqtisadi artım qlobal ressesiyaya dair narahatçılığı və birjalardakı dalğalanmanı artırır. Güclü dollar, eləcə də ABŞ-ın yüksək istiqraz faizləri də qlobal iqtisadi artıma öz təsirlərini göstərəcək.

Ümumiyyətlə analitiklər hesab edir ki, 2017-ci ildə dünya iqtisadiyyatının sürücüsü FES olacaq. Lakin Avopa ölkələrində keçiriləcək seçkilər, bankaların vəziyyəti ilə bağlı qeyri-müəyyənliklər Avropaya istiqamətli volalitliyin ABŞ-dan yüksək olacağını göstərir.

BVF-nın ölkələr üzrə gözləntiləri

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2017-ci ildə ABŞ-da 2,2 faiz (cari il üzrə 1,6), Avro Bölgəsində 1.5 (cari il üzrə 1,7 faiz ) faiz, Yaponiyada 0,6 faiz (cari il üzrə 0,5 faiz), Çində 6,2 faiz (cari il üzrə 6,6 faiz), Türkiyədə 3,0 faiz (cari il üzrə 3,3 faiz) iqtisadi artım gözlənilir. İnflyasiya göstəricilərinə gəlincə, 2017-ci ildə ABŞ-da 2,6 faiz (cari il üzrə 1,8), Avro Bölgəsində 1.0 faiz (cari il üzrə 0,6 faiz ), Yaponiyada 0,7 faiz (cari il üzrə - 0,1 faiz), Çində 2,3 faiz (cari il üzrə 2,3 faiz), Türkiyədə 9,1 faiz (cari il üzrə 6,2 faiz) inflyasiya proqnozlaşdırılır. Ümumiyyətlə BVF 2017-ci ildə ABŞ iqtisadiyyatının özünə gələcəyini iddia edir. Əgər BVF-nın ABŞ-la bağlı proqnozları özünü doğrultsa, yəni iqtisadi artım 2,2, inflyasiya 2,6 faiz təşkil edərsə, bu digər ölkələr üçün xoş olmayacaq. Çünki iqtisadi artım, inflyasiya FES-in bir necə dəfə faiz artımına getməsinə gətirib çıxaracaq.

BVF ABŞ-la bağlı nə qədər nibkindirsə, Avro Bölgəsinin iqtisadiyyatına dair bir o qədər bədbindir. Rəqəmlərdən göründüyü kimi, Avro Bölgəsində iqtisadi artım düşür, inflyasiya isə cüzi artacaq. Proqnozlar doğru çıxarsa, Yaponiya iqtisadiyyatı gələn il də itki yaşayacaq. Başqa tərəfdən, Çində iqtisadi artımın azalması da beynəlxalq sistem üçün təhdid olaraq qalır. Bir sözlə, BVF-nın proqnozları bizim üçün heç də parlaq olmayan 2017-ci il vəd edir.

Neftin qiyməti

Neftin 2017-ci il üzrə qiyməti ilə bağlı ilə ərzində müxtəlif proqnozlar səsləndirildi, nöqtəni “Bloomberg” qoydu. Agentliyin ekspertlər arasında keçirdiyi sorğunun nəticələrinə görə, 2017-ci ildə "Brent" markalı neftin qiyməti orta hesabla bir barel üçün 58 dollar təşkil edəcək. Bu da onun cari ildəki qiymətindən 29% çoxdur. Artımı əsasən OPEC-in hasilatın azaldılmasına dair qərarı şərtləndirəcək. Gözləntilərə görə, "Brent" markalı neftin orta proqnoz qiyməti I rübdə bir barelə görə 53 dollar, II rübdə 56 dollar təşkil edəcək. WTI, ehtimal edildiyi kimi, bir barelə görə 1,4 dollar ucuz olacaq.

Fond bazarları

İqtisadçılar faiz dərəcələrinin artması, dolların məzənnəsinin yüksəlməsi, digər tərəfdən yanvarın 20-də ABŞ-da Donald Trampın öz vəzifəsinin icrasına başlamasının nəticə etibarilə 2017-ci ilin birjalar üçün "fürsət ili" olacağına gətirib çıxaracağını deyir. Rəylərə görə, proseslərin yaratdığı bəlirsizlik yeni ildə investorlara fürsət yaratmış olacaq.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?