Gəncədə II Salxım Dequstasiya Müsabiqəsi keçirilir - FOTOLAR
Mədəniyyət | 18.12.2016 14:53
53

Gəncədə II Salxım Dequstasiya Müsabiqəsi keçirilir - FOTOLAR

Sabah Gəncədə IV Beynəlxalq Şərab Festivalının  rəsmi açılış mərasimi keçiriləcək.

Brifinq.az APA-ya istinadən məlumat verir ki, Festivalın keçirilməsində məqsəd şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarətdir.

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 1IV Beynəlxalq Şərab Festivalı çərçivəsində II Salxım Dequstasiya Müsabiqəsi keçirilir. II Salxım Dequstasiya Müsabiqəsi Azərbaycan Dövlət Aqrar Universitetinin Qida Məhsulları Mühəndisliyi və Ekspertiza kafedrasında təşkil edilib. Dequstasiyada beynəlxalq və yerli münsiflər tərəfindən Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl və Abşeronda yerləşən müəssisələrin istehsalı olan 30 növ şərab, 16 münsif tərəfindən 100 ballıq sistemi ilə qiymətləndirilir. Bununla yanaşı, kulinariya şousu, Gəncənin təndir çörəyi və yerli pendirlərin dequstasiyası da baş tutacaq.

Sabah isə Gəncədə yerli, o cümlədən Ukrayna, Moldova, Fransa, Bolqarıstan, Gürcüstan, Meksika, Braziliya, Rusiya, Belarus və digər ölkələrdən olan qonaqların iştirakı ilə IV Beynəlxalq Şərab Festivalının rəsmi açılış mərasimi baş tutacaq.

1
1

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?