Günün qoroskopu - gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır.
Astrologiya | 23.12.2016 02:00
51

Günün qoroskopu - gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - peşəkar fəaliyyət baxımdan o qədər qorxulu deyil. Buna rəğmən nikbin olun, yaşama sevinin, dostlarla ünsiyyətdə olun. Tənbəllik etməyin, süst davranmayın.

Buğa - yarısında işlərinizi başqalarına etibar və həvalə etməyin. Başladığınız işləri yarımçıq qoymayın, prosesləri diqqət mərkəzində saxlayın.

Əkizlər - səhhətinizə fikir verin. Bədxahlarınızın zərərli təsirlərinin dağıdıcı səciyyə almasına imkan verməyin. Nüfuz və simanızı qoruyun. Kiminsə böhtanı sizə ağır zərbə vura bilər.

Xərçəng - münaqişə və ya davadan sonra barışmaq asan olmadığından güzəştə gedin, vəziyyəti ağırlaşdırmayın. Günün ikinci yarısında aqressiv, qıcıqlı olmayın. Əhəmiyyətli xərclər istisna deyil. Onların əksəriyyəti məntiqsizdir.

Şir - ən yaxın insanlarınızla ünsiyyətdə problemlər yarana bilər. İstədiyinizi dərhal əldə etmək istəyirsiniz və bu, mümkün olmayanda ətrafınızdakı insanları suçlamayın.

Qız - yeni işə başlasanız, onu maraqla və ciddi şəkildə yerinə yetirəcək, çox parlaq şəkildə başa vuracaqsınız. Gəlirləri artırmaq, səylərinizin və əldə olunan nəticənin etirafı imkanları yaranır.

Tərəzi - düşünülməmiş addımlar atmayın. Diqqət və sərvaxtlıq tələb edən işdə səhv buraxmayın. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər.

Əqrəb - səhhətinizlə rasionunuza fikir verin. Həzm prosesində problemlər yarana bilər.

Oxatan - ailədə yaranmış problemi həll etməyə çalışın. Şəxsi istəklər və planlarınızı ümumi mənafeyə qurban verməli olacaqsınız. Alış-veriş üçün əlverişli zaman deyil. Gərəksiz, ehtiyac duyulmayan əşya almayın. Bədxərclik etməyin.

Oğlaq -  emosiyaların təsiri altında sonradan yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Az sonra yaşamınızda problemlərə rəvac ola biləcək düşünülməmiş addımlar atmayın.

Dolça - problemlərinizlə qayğılarınızı yaxınlarınızla bölüşməkdən çəkinməyin. Yardıma ehtiyacınız olan vaxtda kömək ala bilərsiniz. İşdə həmkarlarınız və rəhbərliklə münasibətlərdə sərinləşmə ola bilər.

Balıqlar - gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır. Çətin, malik olduğunuzdan artıq bilik və təcrübə tələb edən işlərlə qarşılaşacaqsınız. Şəxsi münasibətlər zəminində dəyişikliklər ola bilər.

 

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?