Uzun olmayan əsərlər çağı
Müəllif yazıları | 01.12.2016 19:50
147

Uzun olmayan əsərlər çağı

Tural İsmayılov

Elmi tərəqqinin ən ciddi nailiyyətlərindən biri həcmin sərhədsizliyini aradan qaldırmaqdan ibarət oldu. İnsanlar texnikanın onlara verdiyi üstünlüklərdən yararlanaraq yeni tip mütaliə erasının əsasını qoydular. Umberto Eko yeni insanın konkret olduğunu və buna görə də söz oyunlarının yaramadığını söyləyirdi. Sadəcə Markes kimi magik realistlər söz oyunları ilə uğur qazandı. Bütün ədəbi mükafatların laureatı olan yazarların hamısı qısa hekayələr və əsərlərlə uğur qazanır.

Təbii ki, aktual olan, uzun, irihəcmli roman hissələri ancaq yazıldıqları dövr ilə həmahəngdir. Neçə insan hələ də Tolstoyun “Hərb və Sülh”  külliyatını usanmadan oxuya bilər. Bütün bunlara buxmayaraq, indiki dövrdə yazılan uzun romanlar və əsərlər maraqsız gəlir.

 Gəlin, sadə bir eksperiment aparaq. Brodskinin məşhur uzun şeirlərini oxumağa başlayaq və eyni zamanda hansısa Azərbaycan şairinin yeni yazılmış uzun şeirlərini. Əmin edirəm ki, media və ədəbiyyat mənsublarından başqa heç kim yeni yazılan uzun şeiri tam olaraq bitirə bilməyəcək. Brodskinin isə sadəcə adı belə onun ən uzun poetik irsini belə yekunlaşdırmağa bəs edir. Bu yazı prosesinin informativ dəyərinin azalması ilə bağlıdır. Məntiqçi pozitivistlərdən Karnapın dediyi kimidir. Həcm yeni idrak üçün dəyər kəsb etməyə başlayır. Bu bir tərəfdən estetik çəkisizlikdir. Çünki əsərin gücü onun həcmində yox, mahiyyətindədir. Digər tərəfdən isə, internetin imkanları bizə yeni tədqiqat sahələri açdığı üçün, ətraf dünyadakı hadisələr daha açıq baş verdiyindən insanların əsərin həcminin uzunluğunda monotonluğa düçar olmasını da normal qarşılamaq lazımdır.

Ernest Heminquey bilinən ən qısa həcmli hekayələrin müəllifidir. Onun dilinin rəvanlığı, yazı tərzinin axıcılığı bütün oxucular üçün rahatdır. Heminquey hadisələri heç vaxt çoxlu səhnələrə bölmür. Fikir rasional, dəqiq və tam hədəfə uyğun olur. Onun ən böyük iddiası məşhur 6 sözdən ibarət hekayəsi olub.

O.Henri özü də dəfələrlə kiçik həcmli hekayələr müsabiqələrinin qalibi olur. Kiçik əsərləri bir çox antologiyalara belə salınır. Nobel mükafatı üçün tam uyğun olmasa da, bütün ədəbi yarışmalarda artıq həcmə önəm verilir.

Publisistikada məsələyə baxış daha ayrıdır. Gertsen publisistikanın təsir mexanizmini məğzdə görürdü. Hansısa publisist yazısı hər şeydən öncə sonlandırılandan sonra qiymətləndirilməlidir.

Bizdə çox rast gəldiyimiz və rastlanan situasiyalardan biri də insanların yazının həcminə baxaraq onu sonlandıra bilməməyi problemidir. Araşdırma yazısı yazan müəllifdən yazının qısa olmasını tələb etmək ciddi oxucu tələbi ola bilməz. Eyni zamanda bütün Türkiyə və Qərb mediasında köşə yazıları qısa və lakonik yazılır. Həm də bir müəllifin nəyəsə münasibətini ehtiva edən yazının uzun olmağı jurnalistika nəzəriyyəsinin modernizm sonrası dövrü üçün də məqbul deyil. Bu prinsip sadəcə ədəbiyyat üçün keçərlidir. Ədəbi əsərlərdən “uzundur” deyə oxumamaq, “qısadır” deyə oxumaq gözləntisi estetik dözümsüzlükdür.

Bu yaxınlarda həm Jozef Konradın “Qaranlığın ürəyi” kitabını, həm də yerli ədəbiyyatda Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” əsərini oxudum. İki qısa roman həcmin darlığı ilə fikiri necə yormadan çatdırmağın üsullarını öyrədir.

P.S. Əbdürrəham bəy Haqverdiyevin novellalarını isə tam ayrı bir gözdən oxuyun.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?